Bakıda ofis və mağazanın yerləşdiyi binada yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ofis və mağazanın yerləşdiyi binada yanğın olub

Qafar Ağayev09:35 - 01 / 04 / 2022
Bakıda ofis və mağazanın yerləşdiyi binada yanğın olub

Bakıda ofis və mağazanın yerləşdiyi binada yanğın olub.

1news.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Binəqədi rayonunda ümumi sahəsi 750 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (ofis və mağazalar) sahəsi 271 m² olan mağazanın anbarında taxtadan ibarət arakəsmə divar 8 m² sahədə və qismən ərzaq malları yanıb.

Yüksək temperaturdan 1 ədəd ödəniş terminalı və 1 ədəd kondisioner qarsalanıb. Mağazanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
307

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər