Könül Nurullayeva BƏƏ-nin Federal Milli Şurasında postmünaqişə dövrünün reallıqlarından danışıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Nurullayeva BƏƏ-nin Federal Milli Şurasında postmünaqişə dövrünün reallıqlarından danışıb - FOTO

S.Xankişiyeva12:30 - 01 / 04 / 2022
Könül Nurullayeva BƏƏ-nin Federal Milli Şurasında postmünaqişə dövrünün reallıqlarından danışıb - FOTO

Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin (TSBP) 25-29 mart tarixləri arasında Birləşmiş Ərəb Əmirliklərində keçirilən IX plenar iclası çərçivəsində bir sıra tədbirlər baş tutub. Belə ki, martın 25-ində TSBP-nin Beynəlxalq əlaqələr komitəsinin ilk iclası olub. Milli Məclisin deputatı Könül Nurullayeva da komitə üzvü kimi iclasda iştirak edərək, fikir və düşüncələrini bölüşüb.

Dünyada tolerantlıq və sülh dəyərlərinin qorunmasının vacibliyini vurğulayan deputat bu məsələdə TSBP-nin məsuliyyətini xatırladıb, yeni təsis edilmiş komitənin dəqiq fəaliyyət planının hazırlanması istiqamətində təkliflərini səsləndirib.

27 mart tarixində isə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində yerləşən Federal Milli Şurada TSBP-nin IX plenar iclası keçirilib. 85 üzv dövlətin parlament nümayəndələrinin iştirak etdiyi sessiyada iştirak edən millət vəkili Könül Nurullayeva, tolerantlıq və sülh dəyərlərinin təbliğinin gücləndirilməsi istiqamətində təkliflərini irəli sürüb. Bu sahədə mövcud olan problemlər ətrafında danışıqların və müzakirələrin təşviqinə yönəlmiş mexanizmdən bəhs edən K.Nurullayeva vurğulayıb ki, tədqiqat mərkəzləri və beynəlxalq platformalar gəncləri münaqişələr haqqında deyil, sülh və tolerantlıq haqqında düşünməyə yönləndirməlidir. Bundan əlavə, ölkəmizin tolerantlıq və sülh məsələlərində sərgilədiyi qətiyyətli mövqedən söhbət açan deputat bildirib ki, Azərbaycan ərazilərinin işğal altında olması 30 ilə yaxın müddət ərzində regionda sülhün və təhlükəsizliyin təmin olunmasına mane olmuşdur. "Lakin 2020-ci ildə baş verən Vətən müharibəsində tarixi ədaləti bərpa edəndən sonra region ölkələrinin və xalqlarının dayanıqlı sülh şəraitində yaşaması üçün imkan yaranıb", - deyə millət vəkili Könül Nurullayeva bildirib. Sessiya zamanı, həmçinin TSBP ilə Braziliya, Maldiv, Kamboca, Pakistan və Qırğızıstan kimi ölkələrin parlamentləri arasında Anlaşma Memorandumu imzalandı,

sözügedən ölkələrlə tolerantlıq və sülh məsələləri üzrə parlamentlərarası əməkdaşlığın gücləndirilməsi istiqamətində razılaşma əldə olundu. Diqqətinizə çatdıraq ki, Tolerantlıq və Sülh üzrə Qlobal Şuranın prezidenti Ahmed bin Mohamed Alcarvan, Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentinin prezidenti Marqarita Restrepo, Parlamentlərarası Birliyin prezidenti Duarte Paçeko,

Ərəb Parlamentinin Sədri Adel Əl Əsumi, Ərəb Dövlətləri Liqasının Ərəb Təşkilatları və Birlikləri Departamentinin direktoru Məhəmməd Xabir, Xorvatiya Respublikasının keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç, BƏƏ Federal Milli Parlamentinin Sədri Saqr Qubaş, Madaqaskar Respublikasının keçmiş Prezidenti Heri Rajaonarimampianina, Mozambik Respublikası Assambleyasının Sədri Espranca Bias, Seneqal Milli Assambleyasının Sədri Mustafa Niasse, Mozambik Milli Assambleyasının Sədri Esperanka Bias, Komorlar İttifaqının Milli Assambleyasının Sədri Mustadroin Abdu və digər önəmli qonaqlar sessiyanın iştirakçıları arasında olublar.

Martın 28-ində isə Milli Məclisin deputatı Könül Nurullayeva Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq və birgəyaşayış naziri Şeyx Nəhyan bin Mübarək Əl Nəhyanın rəhbərliyi ilə Dubay Ekspo sərgisində baş tutan Tolerantlıq və Birgəyaşayış Konfransında iştirak edib. Bir sıra yüksək səviyyəli rəsmilər də konfransda məruzəçi qismində çıxış edərək, “Tolerantlıq və birgəyaşayış dəyərlərinin təşviqində parlamentlərin və qlobal təşkilatların rolu” mövzusunda müzakirələr aparıblar.

Onu da qeyd edək ki, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva konfrans çərçivəsində Xorvatiya Respublikasının keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç ilə təmas zamanı iki ölkənin qanunverici orqanları arasındakı əlaqələrin genişləndirilməsi perspektivlərinə diqqət çəkib, mövcud münasibətlərdən məmnunluğunu dilə gətirib.

Daha sonra Tolerantlıq və Birgəyaşayış Konfransı çərçivəsində iştirakçı dövlətlərin Dubay Ekspo 2020 sərgisindəki pavilyonlarına ziyarətlər təşkil olunub. Nəzərinizə çatdıraq ki, deputat Könül Nurullayeva da öz növbəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonuna baş çəkib, burada sərgilənən mədəniyyət və tarix nümunələri ilə yaxından tanış olub.

Paylaş:
391

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər