Meşə yanğınlarının başvermə səbəbləri - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Meşə yanğınlarının başvermə səbəbləri - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

S.Xankişiyeva09:01 - 05 / 04 / 2022
Meşə yanğınlarının başvermə səbəbləri - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük zərər vurur. Meşə yanğınlarının baş verməsi təhlükəsinin qarşısını almaq üçün ilk növbədə geniş təbliğat işlərinə ehtiyac duyulur.

İnsanlar kiçik yaşlarından ümumxalq sərvəti olan meşələrin qorunmasına rəğbət bəsləmək, təbiəti, o cümlədən, meşəni sevmək ruhunda tərbiyə olunmalıdırlar. Meşədə həmişə odla ehtiyalı olmalı və meşə yanğını baş verərsə, onun qarşısını almaq üçün meşə işçilərinə kömək edilməlidir. Xüsusilə yanğın təhlükəsi artan quraqlıq aylarda təbliğat və təşviqat işləri güclənməlidir. Meşə ərazisi olan rayonlarda yaşayan əhali və meşə ilə əlaqəsi olanlar meşə yanğınlarının əmələ gəlməsi səbəblərini və söndürmək üsullarını bilməlidir. Meşə yanğınları əsas etibarı ilə insan tərəfindən törədilir...

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Meşə yanğınlarının başvermə səbəbləri: ictimai məsuliyyətsizlik, yoxsa nəzarətsizlik?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Əməyin Mühafizəsi üzrə ekspert Samir Nəbiyev, ETSN yanında uctimai şuranın sədri Amin Məmmədov və ETSN-nin Meşələrin İnkişafi Xidmətinin rəis müavini Cabbar Qəribov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər