Uşaqları narkotik bəlasından necə qoruyaq? - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO
Uşağa ilkin olaraq kim narkotik haqda məlumat versə, onun yaddaşında həmin məlumat qalır. Yəni, öncə həyətdə, ətrafdan kimdənsə narkotik haqda məlumat alsa, sonra valideyndən alsa, fərq etmir, uşaq ilk olaraq aldığı birinci məlumata inanır. Yox əksinə, birinci məlumatı valideynindən alsa, bu zaman onda narkotikə qarşı lazımi məlumatlar formlaşacaq.
Uşaqlar üçün böyüklüyün rəmzi siqaret çəkmək, alkaqol qəbul etmək, əks cins nümayəndəsinə fikir verməkdir. Yeniyetmə üçün siqaret, narkotik, pivə arasında fərq yoxdur, bu onlar üçün böyüklüyün rəmzidir.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Uşaqları narkotik bəlasından necə qoruyaq?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin deputatı Fazil Mustafa, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov, "Azad Həyat" Reabilitasiya Mərkəzinin rəhbəri Həmid Yunusov və klinik psixoloq Gülşən Rüstəmova mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: