Xızıda qrad mərmisinin parçaları aşkarlanıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda qrad mərmisinin parçaları aşkarlanıb – FOTO – VİDEO

S.Xankişiyeva12:54 - 09 / 04 / 2022
Xızıda qrad mərmisinin parçaları aşkarlanıb – FOTO – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonunun ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 122 mm-lik BM-21 “Qrad” reaktiv mərmisinin hissələri olduğu müəyyən edilib.

Mərminin XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər