“Məktəblərdə narkoloji testlər keçirilsin” - Deputatdan TƏKLİF
“Məktəblərlər narkotik aludəçisi olan şagirdlərə rast gəlinir”.
1news.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Narkoloji xidmət və nəzarət haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.
“Təkcə oğlan şagirdlər yox, qız şagirdlərdə də narkotik vasitələr, psixotrop maddələrdən istifadə hallarına rast gəlinir. İntihar hallarının səbəblərindən biri narkotikdir. Bunun qarşısını almaq üçün məktəblərdə narkoloji test keçirilsə yaxşı olar. Bəzən valideynlər də övladlarında narkotik aludəçiliyi ilə bağlı məlumatlı olmur. Buna görə aşağı yaşlardan başlayaraq narkoloji müayinə aparılmalıdır".
413