Azərbaycanda 40 narkotacir saxlanılıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 40 narkotacir saxlanılıb – FOTO – VİDEO

S.Xankişiyeva17:52 - 21 / 04 / 2022
Azərbaycanda 40 narkotacir saxlanılıb – FOTO – VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 40 nəfər saxlanılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 60 kiloqramdan narkotik vasitə və psixotrop maddə, 2 548 ədəd psixotrop tərkibli həb, 1 ədəd tüfəng və 46 ədəd patron aşkar olunub.

Daxil olan əməliyyat məlumatı əsasında Lənkəran şəhərində keçirilən əməliyyat zamanı Astara rayon sakini Babulla Rüstəmov saxlanılıb. Onun üzərindən,idarə etdiyi avtomobildən və yaşadığı evdən 16 kiloqram marixuana, 1 ədəd müvafiq sənədləri olmayan tüfəng və 25 ədəd patron aşkar edilib.

Baş İdarə əməkdaşlarının Quba rayonunda keçirdikləri əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Ənvər Rəhimov və tanışı Emil Abbasov saxlanılıblar. Bu şəxslərdən 6 kiloqram heroin tiryək, metamfetamin aşkar edilib.

Paytaxtda, eləcə də, Abşeron və Bərdə rayonlarında həyata keçirilən əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 19 nəfər saxlanılıb. Bu şəxslərdən 22 kiloqram narkotik maddə, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar, 21 ədəd patron və patron darağı aşkar olunub.

Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrinin əməkdaşlarının Gəncə, Lənkəran şəhərləri, həmçinin Bərdə, Astara, Salyan və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 18 nəfər saxlanılıb. Bu şəxslərdən ikisi – Salyan rayonunda tutulan Ramiz Ağayev və Ziya Təhməzovdan 13 kiloqram tiryək, marixuana, 1750 ədəd psixotrop tərkibli həb, elektron tərəzi və plastik kartlar aşkar olunub. Qeyd edilən şəhər və rayonlarda tutulan digər 12 nəfərdən isə 3 kiloqram narkotik vasitə gtürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik maddələrin satışını təşkil etməklə yanaşı, niyyətlərinin sosial şəbəkələr və digər vasitələrlə daha çox gənci narkokuryerliyə cəlb etmək olduğunu bildiriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Paylaş:
319

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər