Ramazanın 23-cü günü: dua, imsak və iftar vaxtı – TƏQVİM
Sabah Ramazan ayının 23-cü günüdür.
1news.az-ın verdiyi xəbərə görə, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak vaxtı saat 04:17-də, iftar vaxtı isə 19:43-ə təyin olunub.
Ramazan ayının 23-cü gününün duası:
"Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin".
Tərcüməsi:
"İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyiblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!"
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah tutduğunuz orucu, etdiyiniz duaları qəbul etsin!