DSX: Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX: Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb

09:20 - 25 / 04 / 2022
DSX: Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb

Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

1news.az

Paylaş:
225

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər