Motosiklet sürücüsünü döyən şəxs danışdı - “Məni işdən çıxaracaqlar” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Motosiklet sürücüsünü döyən şəxs danışdı - “Məni işdən çıxaracaqlar” - VİDEO

09:12 - 26 / 04 / 2022
Motosiklet sürücüsünü döyən şəxs danışdı - “Məni işdən çıxaracaqlar” - VİDEO

"Heç özüm də bilmədim ki, bu hadisə necə baş verdi. Çox əsəbi idim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş olmayaydı".

1news.az bildirir ki, bunu paytaxtda motosiklet sürücüsünü döyən vəzifəli şəxs - Sultan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib. O bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: "Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram".

Sultan Dadaşovun Prezident Aparatında işlədiyi deyilir.

Qeyd edək ki, aprelin 25-də 10-VX-707 dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü motosikletçinin yoluna çıxıb, sonra da onu avtomobili ilə əzib. Bu azmış kimi sürücü avtomobildən düşərək motosikletçini döyüb və təhqir edib. Bu isə ətrafda olanların və sosial şəbəkə izləyicilərinin ciddi narazılığına səbəb olub.

Görüntülərdə "Lexus" sürücüsünün yanında azyaşlının olması diqqət çəkib.

1news.az

Paylaş:
343

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər