Xalq Bank irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
04 aprel 2022-ci il tarixdə ASC "Xalq” Bankı Türkiyə Respublikasının Ziraat Bankının istehsalda ekoloji, sosial və idarəetmə meyarlarına (ESG) uyğun olaraq, eyni zamanda gender bərabərliyinin dəstəklənməsi üçün istifadə olunacaq 1,24 milyard dollar məbləğində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir.
Layihədə 21 ölkədən 45 bank yer almışdır. Xalq Bankın bu layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və Türkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Sindikat kreditləşməsi bir borcalana vəsait ayrılması üçün kreditorlar qrupu tərəfindən təklif olunan maliyyələşdirmə alətidir.
Xatırladaq ki, Türkiyə Respublikasının dövlət bankı olan Ziraat Bank 1863-cü ildən fəaliyyət göstərir. Bankın dünya üzrə 111 nümayəndəliyi mövcuddur.
2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas maliyyə və bazar göstəricilərinə görə
Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır.
Reklam hüququnda