Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib – FOTO

S.Xankişiyeva17:11 - 27 / 04 / 2022
Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib – FOTO

Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter səhifəsində bildirib:

““Prof-Dam” MMC 2 ha ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulataların istehsalı ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 mln. manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək”.

Paylaş:
428

Son xəbərlər

Bütün xəbərlər