“Aztelekom” və “Baktelecom” “Hədiyyəli ay” kampaniyasına başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Aztelekom” və “Baktelecom” “Hədiyyəli ay” kampaniyasına başladı

S.Xankişiyeva17:00 - 28 / 04 / 2022
“Aztelekom” və “Baktelecom” “Hədiyyəli ay” kampaniyasına başladı

“Aztelekom” və “Baktelecom” Ramazan bayramı münasibətilə optik internet istifadəçiləri üçün “Hədiyyəli ay” kampaniyasını təqdim edir

Belə ki, 28 aprel – 12 may tarixlərində optik xidmətlərə yeni qoşulan və iki ayın ödənişini öncədən edən abunəçilər növbəti iki ay həmin servislərdən pulsuz yararlanacaqlar.

Şərtlərə əsasən “Hədiyyəli ay” kampaniyamız müqavilə zamanı 30 mbit/s və 50 mbit/s internet sürəti seçən istifadəçilərə şamil olunacaq.

Artıq optik xidmətlərdən faydalanmaq “aztelecom.az” və “baktelecom.az” saytları üzərindən “onlayn qoşulma” funksiyası ilə daha rahatdır. Müraciətçilər məsafə qət etmədən genişzolaqlı internetə bağlantını onlayn sifariş edə bilirlər.

“Aztelekom” və “Baktelecom” birlik və bərəkət simvolu olan Ramazan bayramında yenilikləri ilə daha çox insanın ünsiyyətinə imkan yaradacaq.

Reklam hüququnda

Paylaş:
497

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər