Ötən gün polis axtarışda olan 61 nəfəri saxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün polis axtarışda olan 61 nəfəri saxlayıb

Qafar Ağayev10:14 - 07 / 05 / 2022
Ötən gün polis axtarışda olan 61 nəfəri saxlayıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-dən 1news.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Paylaş:
405

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər