Xəzər dənizində aşkar edilən minalar zərərsizləşdirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzər dənizində aşkar edilən minalar zərərsizləşdirilib - FOTO

Qafar Ağayev17:18 - 10 / 05 / 2022
Xəzər dənizində aşkar edilən minalar zərərsizləşdirilib - FOTO

Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minasının (КБ-1) zərərsizləşdirilməsi prosesi mayın 10-da uğurla başa çatıb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən minalar təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilib.
Minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə 4 hərbi gəmi, 4 kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub.
Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda bütün fəaliyyətlər adi qaydada davam etdirilir.

Paylaş:
382

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər