Bakıda kişi baldızı tərəfindən bıçaqlanıb

Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, ailə məişət zəmnində baş verən bıçaqlanma Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Əli Həsənov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı o qarnının ön divarından bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
1news.az
199