“Vindzor Kral Atçılıq Şousu”nun birinci günü: Azərbaycan təmsilçilərinin çıxışı möhtəşəm olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Vindzor Kral Atçılıq Şousu”nun birinci günü: Azərbaycan təmsilçilərinin çıxışı möhtəşəm olub - FOTO

Qafar Ağayev14:15 - 13 / 05 / 2022
“Vindzor Kral Atçılıq Şousu”nun birinci günü: Azərbaycan təmsilçilərinin çıxışı möhtəşəm olub - FOTO

Mayın 12-də Böyük Britaniyada Vindzor qəsrinin ərazisində ənənəvi “Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.

Atçılıq Federasiyasından 1news.az-a verilən xəbərə görə, Azərbaycandan Britaniyayadək böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.

5 000 tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı olaraq baxdığı 6 dəqiqəlik “Odlar yurdu” ta¬ma-şasında süvarilərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib.

13-15 may tarixlərində Azərbaycan heyətinin daha 3 çıxışı nə-zərdə tutulur. Həmin tədbirlər İngiltərənin böyük izləyici kütləsinə malik televiziya kanal¬larında və internet platformalarında canlı ola-raq təqdim olunacaq.

Paylaş:
301

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər