Abşeronda avtomobil aşıb, azyaşlılar xəsarət alıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda avtomobil aşıb, azyaşlılar xəsarət alıb - FOTO

09:27 - 13 / 05 / 2022
Abşeronda avtomobil aşıb, azyaşlılar xəsarət alıb - FOTO

Masazır qəsəbəsində idarəetmədən çıxan avtomobil aşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı şosesində qeydə alınıb.

Xanım sürücü idarəetməsində olan “BMW” markalı maşınla yol kənarında yerləşən duz gölünə aşıb. Qəza nəticəsində sürücü və onun üç azyaşlı övladı müxtəlif bədən xəsarətləri alaraq 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

1news.az

Paylaş:
237

Son xəbərlər

Bütün xəbərlər