Bakı yollarında vəziyyət necədir? - NİİM məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı yollarında vəziyyət necədir? - NİİM məlumat yaydı

Qafar Ağayev09:34 - 13 / 05 / 2022
Bakı yollarında vəziyyət necədir? - NİİM məlumat yaydı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə 1news.az-a Mərkəzdən bildirilib.

1. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində və Səməd Vurğun küçəsi ilə kəsişmədən, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə qədər, Tbilisi prospekti istiqamətində sıxlıq müşahidə olunur.

2. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - Əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. Alı Mustafayev küçəsində - əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

4. Tbilisi prospektinin, Şəfayət Mehdiyev küçəsi ilə kəsişmədən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməni də keçərək, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

5. 28 May küçəsinin, Aleksandr Puşkin küçəsi ilə kəsişmədən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər,Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.

6. Abbasqulu ağa Bakıxanov küçəsində, Cəfər Cabbarlı küçəsi ilə kəsişmədən, Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq müşahidə olunur.

7. Rəşid Behbudov küçəsinin, Xaqani küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.

8. Səməd Vurğun küçəsində Zabitlər parkının yaxınlığından, Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyə qədər, Yusif Vəzir Çəmənzəminli küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

9. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Səməd Vurğun küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

10. Dilarə Əliyeva küçəsində, Aleksandr Puşkin küçəsi ilə kəsişmədən, Azadlıq prospekti ilə kəsişməyə qədər, Rəşid Behbudov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

11. Bülbül prospektində, Sahil metro stansiyasının qarşısı da daxil olmaqla,Xaqani küçəsi ilə kəsişmədən,Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.

12. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

13. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur.

Paylaş:
334

Son xəbərlər

“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA03 / 05 / 2024, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb03 / 05 / 2024, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ03 / 05 / 2024, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEO03 / 05 / 2024, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib03 / 05 / 2024, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıb03 / 05 / 2024, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilib03 / 05 / 2024, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİB03 / 05 / 2024, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib03 / 05 / 2024, 16:18Ağdaşda 5 otaqlı ev yanıb03 / 05 / 2024, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıb03 / 05 / 2024, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər03 / 05 / 2024, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO03 / 05 / 2024, 15:25
Bütün xəbərlər