Duz istehsalçılarına qarşı iş qaldırılıb - Dövlət Xidmətindən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Duz istehsalçılarına qarşı iş qaldırılıb - Dövlət Xidmətindən AÇIQLAMA

Qafar Ağayev12:01 - 13 / 05 / 2022
Duz istehsalçılarına qarşı iş qaldırılıb - Dövlət Xidmətindən AÇIQLAMA

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duz bazarında araşdırmalar aparır.

Xidmətdən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı “Azərbaycan Duz İstehsalat Birliyi” ASC və “SunFood” MMC tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.
İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdirilib.


Xatırladaq ki, qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər.

Paylaş:
376

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər