Sahibə Qafarova İƏTPA-nın Baş katibi ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova İƏTPA-nın Baş katibi ilə görüşüb

Qafar Ağayev17:29 - 16 / 05 / 2022
Sahibə Qafarova İƏTPA-nın Baş katibi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan qurumun Parlament Assambleyasının Baş katibi Tahir Hüsseyn ilə görüşüb.

Bu barədə 1news.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə spiker Sahibə Qafarova ölkəmizin İƏTPA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. O deyib ki, Azərbaycan İƏTPA-nın fəaliyyətinin gücləndirilməsində və təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Spiker bunun təsdiqi kimi, Azərbaycanın 2021-ci ildə İƏTPA-nın nizamnaməsini ratifikasiya etdiyini xatırladıb.

Milli Məclisin sədri Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransına ev sahibliyi etdiyini, tədbirdən sonra təşkilata sədrliyin Azərbaycana keçəcəyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan təşkilata sədrliyi dövründə İƏTPA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək.

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Tahir Hüsseyn görüşə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Milli Məclisin Konfransın keçirilməsi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əlaqələrin hazırki səviyyəsindən razılığını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
353

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər