Gender bərabərsizliyi: bərabərlik üçün nə lazımdır? - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO
İctimai həyatın mühüm yönlərindən olan gender probleminin doğurduğu mənafe toqquşmaları, cəmiyyətin özünün inkişaf dinamikası ilə birbaşa bağlıdır.
Bu səbəbdən də problemi Azərbaycan cəmiyyətində baş verən proseslərdən təcrid olunmuş şəkildə təhlil etmək mümkün deyil. Azərbaycanda qadınlar əhalinin yarısını təşkil edir və onların problemlərinin sosial əhəmiyyəti var. Qadınların gündəlik həyatı da öz növbəsində bütün cəmiyyətin həyatına çox böyük təsir göstərir və onların həyat səviyyəsinin inkişafı bütövlükdə bəşəriyyətin tərəqqisini səciyyələndirən göstəricidir.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Gender bərabərsizliyi: bərabərlik üçün nə lazımdır?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Məlahət İbrahimqızı - Milli Məclisin deputatı, Rəna Abdullayeva - ƏƏSMN Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdir müavini, Şahin Rəcəb - Azərbaycan Valideyn Müəllim Assosiasiyasının icraçı direktoru, kulturoloq, Səhla İsmayıl - Gender mutəxəssisi, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri və Elgün Səfərov - AQUPDK-nın şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: