Biznes-datanın qorunması, ətraf mühitə uyğunluq və oyunlar üçün 3D-rejim – Acer-dən hansı yeniliklər var? – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Biznes-datanın qorunması, ətraf mühitə uyğunluq və oyunlar üçün 3D-rejim – Acer-dən hansı yeniliklər var? – FOTO – VİDEO

S.Xankişiyeva10:45 - 19 / 05 / 2022
Biznes-datanın qorunması, ətraf mühitə uyğunluq və oyunlar üçün 3D-rejim – Acer-dən hansı yeniliklər var? – FOTO – VİDEO

Acer-dən yeniliklər - ABŞ hərbi standartlarına uyğun möhkəmlik, misilsiz rəng ötürülməsi ilə OLED-displeylər və eynəksiz 3D oyunları oynamaq imkanıdır.

Mayın 18-də Acer-in illik qlobal mətbuat konfransı baş tutdu, bu konfransda şirkət ənənəvi olaraq peşəkar, qeymer və ətraf mühitə uyğun yenilikləri təqdim etdi. 2022-ci ilin yenilikləri 12-ci nəsil Intel Core prosessorlarının bazasında əsaslanır.

Acer biznes-noutbukları: iş üçün lazım olan hər şey

TravelMate xəttinin noutbukları indi daha da davamlıdır və ABŞ hərbi standartlarına cavab verir. Bu seriya tez-tez hərəkət edərək müxtəlif lokasiyalarda işləməli olan insanlar üçün idealdır: evdə, ofisdə və s. Belə bir noutbuk zədələrdən, yüksək rütubətdən, üstünə dağılmış mayelərdən və ya hava limanında yoxlama zamanı diqqətsiz davranışdan qorxmur.

Biznes noutbuklarını yaradarkən Acer videokonfransın yüksək keyfiyyətinə və aydın səsə xüsusi diqqət yetirir. Belə ki, TravelMate P4 və TravelMate P4 Spin modellərinin mikrofonları süni intellektə əsaslanan səs-küyün azaldılması funksiyası ilə təchiz edilib, noutbukların özlərində isə 4 dinamik və həcmli, çoxkanallı səsi təmin edən əlavə DTS-audio sistemi var.

Məlumatların təhlükəsizliyinə də böyük diqqət yetirilir: Microsoft Secured-core PC TravelMate noutbuklarını proqram təminatı və nüvə səviyyələrində hakerlərdən qoruyur. Əvvəlcə bu standart hökumət təşkilatlarının nümayəndələri və haker hücumlarına meyilli sənayelərdə çalışan insanlar üçün (maliyyə, səhiyyə) nəzərdə tutulmuşdu. İndi isə biznes səviyyəsində məlumatın qorunması hər kəs üçün əlçatandır.

Yeni Acer Swift 3, kreativ insanlar üçün mükəmməldir

Yüngül və nazik, Acer Swift 3 - frilanserlərin, tələbələrin və kreativ sənayelərdə çalışanların hər gün qarşılaşdıqları problemlərə şirkətin cavabıdır. OLED monitor digər matrislərdə əldə edilə bilməyən dəqiq rəng ötürülməsi və yüksək kontrast tələb edən məsələləri asanlıqla həll etməyə imkan yaradır. Qalınlığı 17,9 mm olan modelin çəkisi cəmi 1,4 kq və 10 saat işləmə müddətini təmin edir.

Bundan əlavə, Acer Swift 3 yüksək sürətlə fotoşəkillərin işlənməsi və videoların renderi, mürəkkəb qrafika ilə resurs tutumlu proqramlar və oyunlar üçün dəstək, optimal enerji sərfiyyatı, sürətli yazı və datanın oxunmasının zamini olan Intel Evo verifikasiyasına malikdir. Kamera zəif işıqda belə yüksək keyfiyyətli şəkillər çəkir və səs-küyün azaldılması funksiyası isə istifadəçinin səsinin aydın və yüksək olmasını təmin edir.

Predator Helios 300 SpatialLabs Edition ilə eynəksiz 3D oyunlarını oynayın

Yeni Predator Helios 300 SpatialLabs Edition oyun noutbuku 50-dən çox məşhur oyun üçün həcmli təsvir yaradır. Real vaxt rejimində rendering və baxış izləmə texnologiyası ilə SpatialLabs TrueGame oyunçunu 3D dünyasına aparır. Məkanlar sözün əsl mənasında göz qabağında canlanır: otaqlar daha geniş olur, obyektlər çoxqatlı, sərgüzəştlər isə daha da həyəcanlı olur.

Noutbukun displeyi - maye kristal lensli paneldir. Məhz bu innovativ modul oyunçuya 2D və 3D rejimləri arasında keçid etməyə imkan verir.

Acer-in yeni məhsulları haqqında daha çox öyrənmək üçün qlobal mətbuat konfransı yayımına qoşulun.

Reklam hüququnda

Paylaş:
442

Son xəbərlər

“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46
Bütün xəbərlər