Xocavənddə xeyli sayda silah-sursat aşkarlandı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavənddə xeyli sayda silah-sursat aşkarlandı – VİDEO

S.Xankişiyeva10:04 - 21 / 05 / 2022
Xocavənddə xeyli sayda silah-sursat aşkarlandı – VİDEO

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar edilib.

Tapılan 8 avtomat, 5 qumbarataatan, 3 pulemyot, 1632 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
508

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər