ATU-dan geyim qadağası ilə bağlı açıqlama: Tələbələrin müraciəti əsasında qərar qəbul olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

ATU-dan geyim qadağası ilə bağlı açıqlama: Tələbələrin müraciəti əsasında qərar qəbul olunub

Qafar Ağayev11:47 - 08 / 06 / 2022
ATU-dan geyim qadağası ilə bağlı açıqlama: Tələbələrin müraciəti əsasında qərar qəbul olunub

Sosial Şəbəkələrdə Azərbaycan Tibb Universitetinin kitabxanasından istifadə edəcək tələbələrə geyim qadağasının qoyulması ilə paylaşım müzakirələrə səbəb olub.

1news.az-ın xəbərinə görə, paylaşımda ictimai qaydalara uyğun olaraq, Əsaslı Kitabxanaya qısa şalvarda (şortik), maykada gəlmək qəti qadağandır.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu qərar universitetin bəzi qız tələbələrinin kitabxana rəhbərliyinə müraciəti əsasında qəbul olub.

"Təhsil müəssisələrinin daxili nizam-intizam qaydaları var və bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır".

Paylaş:
1038

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər