Bakıda toy kortecində avtoxuliqanlıq edən sürücülər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda toy kortecində avtoxuliqanlıq edən sürücülər saxlanılıb

Qafar Ağayev11:22 - 09 / 06 / 2022
Bakıda toy kortecində avtoxuliqanlıq edən sürücülər saxlanılıb

İyunun 7-i saat 16 radələrində Binəqədi rayonu ərazisində toy kortecində avtoxuliqanlıq edən “VAZ-21214” və “VAZ-2106” markalı iki avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən həmin avtomobillərin sürücüləri - İmişli rayon sakini M.Miradiyev və Abşeron rayon sakini E.Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə onlar 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs ediliblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş:
357

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər