Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib

Qafar Ağayev14:51 - 18 / 06 / 2022
Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə hərbi qulluqçular igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.

Müdafiə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, anma mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Milli Qəhrəmanın göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.

Mübariz İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.

Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş bütün şəhidlərin xatirələri sükutla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Paylaş:
408

Son xəbərlər

Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı – “S.O.S” fərqli təqdimatda - VİDEOBu gün, 12:30Kolleclərə direktorlar təyin olunubBu gün, 12:15“Gənclər heç kimin təsiri altına düşməməlidirlər”Bu gün, 12:10Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edibBu gün, 11:49Prezident Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıbBu gün, 11:41İlham Əliyev: “Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”Bu gün, 11:37Bakıda kirayə mənzil bazarında vəziyyət – Hansı hallar qiymətlərə təsir edə bilər?Bu gün, 11:26İlham Əliyev: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcəkBu gün, 11:18Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələri ilə bağlı iclas keçirəcəkBu gün, 11:16Bu gün Azərbaycanda Dövlət Suverenliyi GünüdürBu gün, 11:10Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 11:04
Bütün xəbərlər