Nazirlik: “Dərslərin sentyabrın 1-də başlaması müzakirə məsələsi deyil” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: “Dərslərin sentyabrın 1-də başlaması müzakirə məsələsi deyil”

16:16 - 21 / 06 / 2022
Nazirlik: “Dərslərin sentyabrın 1-də başlaması müzakirə məsələsi deyil”

Təhsil Nazirliyi tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.

1news.az APA-ya istinadən bildirir ki, nazirlikdən verilən məlumata görə, hazırda bu, müzakirə məsələsi deyil.

“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il qərarına əsasən 2.3. Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə­ləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Hazırda bu prosesin dəyişdirilməsi müzakirə məsələsi deyil" - deyə cavabda qeyd olunub.

1news.az

Paylaş:
245

Son xəbərlər

Bütün xəbərlər