BDU-nun tələbəsi dənizdə batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-nun tələbəsi dənizdə batıb

10:52 - 22 / 06 / 2022
BDU-nun tələbəsi dənizdə batıb

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Bu barədə 1news.az-a Bakı Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva bildirib:

"O, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub. Tələbəmizin vaxtsız vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk".

Allah rəhmət etsin!

1news.az

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər