“Netflix” Bakıda blokbaster çəkdi: Baş rolda Ryan Gosling və Chris Evans - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Netflix” Bakıda blokbaster çəkdi: Baş rolda Ryan Gosling və Chris Evans - FOTO - VİDEO

Qafar Ağayev13:43 - 23 / 06 / 2022
“Netflix” Bakıda blokbaster çəkdi: Baş rolda Ryan Gosling və Chris Evans - FOTO - VİDEO

"Yadınızdadırsa 2021-ci ildə “Netflix” platforması ilə əməkdaşlıq nəticəsində ABŞ istehsalı olan blokbasterin çəkilişlərinin bir hissəsinin Bakıda aparılması haqda məlumat vermişdik".

1news.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri, kinorejissor Rüfət Həsənov deyib.

“Nəhayyət həmin layihənin adını açıqlaya bilərik - ”The Gray Man” (Russo qardaşlarının filmidir, baş rollarda Ryan Gosling və Chris Evans)” – deyə, RHəsənov əlavə edib:

“Birinci kadrda arxa fondakı "Alov qüllələri"dir, ikinci kadrdakı məkan əslində Praqa şəhərində yerləşən Vitkovdakı Milli Abidənin ətrafı olsa da, kənarlardakı bayraqlara diqqətlə baxın. Spoiler verməyəcəyəm, amma filmin personajlarından biri də azərbaycanlıdır”.

Paylaş:
1286

Son xəbərlər

Bütün xəbərlər