FHN: “İstirahət günlərində 142 yanğına çıxış olub, 20 nəfər xilas edilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: “İstirahət günlərində 142 yanğına çıxış olub, 20 nəfər xilas edilib”

11:17 - 28 / 06 / 2022
FHN: “İstirahət günlərində 142 yanğına çıxış olub, 20 nəfər xilas edilib”

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən qeyri-iş günləri ərzində ümumilikdə 142 yanğına çıxış, 16 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən qeyri-iş günləri ərzində 1-i azyaşlı olmaqla 20 nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

1news.az

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər