Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

09:18 - 30 / 06 / 2022
Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakının Yasamal rayonunda 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində qeydə alınıb.

"Daewoo" markalı minik avtomobilini idarə edən sürücü Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə olan "Toyota" markalı maşını ötmək üçün manevr edib. Nəticədə toqquşma baş verib. Yolda nəqliyyatın hərəkəti sıx olduğundan başqa "Daewoo Ravon" markalı maşın ərazidə olan digər "Toyota" markalı avtomobilə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb. Onlara əraziyə çağırılan təcili yardım briqadası yerində yardım göstərib.

Hadisə zamanı ərazidə tıxac yaranıb. Avtomobillər evakuasiya edilib. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
86

Son xəbərlər

61 bağça müdiri işdən çıxarılıb, biri ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərilibBu gün, 13:20Çavuşoğlu: “Dost da, düşmən də bilsin ki, can Azərbaycan tək deyil”Bu gün, 12:43Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMABu gün, 12:30Allahşükür Paşazadə: Londonda səfirliyimizə hücum edənlərin cəzalandırılmasını tələb edirikBu gün, 12:26Bakı-Ələt yolundakı qəzada yaralanan beş nəfərdən xəbər varBu gün, 12:08DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?Bu gün, 12:05Sabunçu polisi əməliyyat keçirdi, 61 nəfər tutuldu - FOTOBu gün, 11:49Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilirBu gün, 11:30Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayırBu gün, 11:16Manatın xarici valyutalara qarşı rəsmi məzənnəsiBu gün, 10:51Ceyhun Bayramov Türkiyəyə yola düşübBu gün, 10:34Magistraturanın boş qalan yerlərinə qəbul elan edilibBu gün, 10:32“Huawei”in Azərbaycan nümayəndəliyinin “Gələcək üçün toxumlar” proqramının sayca 5-ci bağlanış tədbiri keçirildi – FOTOBu gün, 10:20Orta ixtisas təhsili müəssisələri üzrə ixtisas seçimi başlayıbBu gün, 10:10Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir - Hacı ŞahinBu gün, 09:38Azərbaycan Ordusunun mövqeləri atəşə tutulubBu gün, 09:25Həftəsonu yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 09:23İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 41-ə çatıbBu gün, 09:04“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilibBu gün, 09:01Bu gün AşuradırBu gün, 08:55
Bütün xəbərlər

Next TV