Bakıda yaşayış binasında yanğın başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasında yanğın başlayıb

15:57 - 02 / 07 / 2022
Bakıda yaşayış binasında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

1news.az

Paylaş:
407

Son xəbərlər

Bütün xəbərlər