Keyfiyyətli yuxu üçün 6 tövsiyə

Yuxunun insanın həyat keyfiyyətinə müsbət təsir göstərdiyini təsdiqləyən çoxsaylı elmi araşdırmalar var.
Buna baxmayaraq hələdə birçox insan üçün yuxuya getmək və yaxud keyfiyyətli yatmaq çox asand olmur. Bəs yuxu keyfiyyətini artırmaq üçün nə etmək lazımdır?
1news.az xəbər verir ki, yuxu mütəxəssisi Matthew Walker, "Uzun və sağlam həyatınızın olmağını istəyirsinizsə, axşamları yaxşı yatmalısınız " deyir.
University of California, Berkeley'də nevrologiya və psixologiya professoru Walker, epidemiyalarla bağlı bir sıra tədqiqatlarda iştirak edən milyonlarla insanın məlumatlarını təhlil etdi və yuxu ilə sağlam həyat arasındakı əlaqəyə dair tapıntılarını kitabda dərc etdi. Walker "Yuxu dünyanın ən demokratik və azad səhiyyə sistemidir" deyə bildirmişdi.
Elmi araşdırmalar yuxusuzluğun beynimizə və bədənimizə çox ciddi təsir etdiyini ortaya çıxarıb.
Alzheimer, xərçəng, infarkt, piylənmə, diabet, depressiya və hətta intihar kimi ölümə səbəb olan şərtlərin demək olar ki, hamısı əhəmiyyətli dərəcədə və ya bir şəkildə yuxusuzluqla bağlıdır.
Yuxunun sahib olduğu bütün faydalara baxmayaraq yuxuya getmək hər zaman o qədər də asand olmur. Yuxu dərmanları isə özü ilə birlikdə bir sıra sağlamlıq problemləri gətirir.
Bəs keyfiyyətli bir yuxu üçün nə etmək lazımdır?
Prof. Walker, yaxşı bir yuxu üçün altı təklif sadalayır.
1. Hər gün eyni saatda yatın və eyni saatda oyanın.
2. Otağınızı qaranlığa boğun.
3. Yatdığınız otağı sərin tutun.
4. Yatağınızı yalnız yatmaq üçün istifadə edin. Yuxuya getmək üçün 20 dəqiqədən çox vaxt lazımdırsa, yataqdan qalxın və yuxunuz gələnə qədər başqa otaqda olun.
5. Qəhvə kimi stimulantları azaldın.
6. Alkoqol istehlakınıza diqqət yetirin.
Humay Əliyeva