Azad edilmiş ərazilərdə qoşun xidməti yüksək səviyyədə təşkil edilir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə qoşun xidməti yüksək səviyyədə təşkil edilir - VİDEO

Qafar Ağayev17:13 - 14 / 07 / 2022
Azad edilmiş ərazilərdə qoşun xidməti yüksək səviyyədə təşkil edilir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.
Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, eyni zamanda bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə icra olunur.

Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyektlərin inşası uğurla davam etdirilir, eləcə də digər zəruri tədbirlər görülür.

Döyüş növbətçiliyi aparan şəxsi heyətin rahat xidmət aparmasını təmin etmək məqsədilə ehtiyat qida və əmlakın saxlanması üçün anbarlar, yataqxanalar, tibb məntəqələri, lazımi mətbəx avadanlıqları ilə tam təchiz olunan yeməkxanalar, asudə və xidməti otaqlar və digər obyektlər mövcuddur. Hərbi şəhərciklər mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və dayanıqlı rabitə, eləcə də fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlarla təchiz olunub.
Hərbi qulluqçularımızın mövsümə uyğun geyimlə, təzə və yüksək kalorili isti qida ilə fasiləsiz təmin olunması, eləcə də sosial-məişət şəraiti və qoşun xidmətinin yüksək səviyyədə təşkil edilməsi maddi-texniki təminat xidməti tərəfindən daima nəzarətdə saxlanılır.

Günün nizam qaydalarına əsasən döyüş növbətçiliyi və qoşun xidməti təşkil edilir, döyüş hazırlığının yüksək səviyyədə saxlanması üçün bölmələrin şəxsi heyəti ilə gündəlik döyüş hazırlığı məşğələləri, ictimai-siyasi və hüquq hazırlığı üzrə dərslər keçirilir.

Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanın hər bir əmrinə daim hazırdır.

Paylaş:
328

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər