Nabranda istirahət mərkəzində 10 nəfər zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nabranda istirahət mərkəzində 10 nəfər zəhərlənib

12:43 - 20 / 07 / 2022
Nabranda istirahət mərkəzində 10 nəfər zəhərlənib

Xaçmazda istirahət mərkəzində 5 nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) zəhərlənib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.

Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:

"11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir"- deyə, məlumatda qeyd olunur.

Fakt araşdırılır.

1news.az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər