Azərbaycanın qadın şahmatçıları Finlandiyanı məğlub edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın qadın şahmatçıları Finlandiyanı məğlub edib

18:09 - 30 / 07 / 2022
Azərbaycanın qadın şahmatçıları Finlandiyanı məğlub edib

Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

1news.az-ın məlumatına görə, yığma II turda Finlandiya seçməsindən güclü olub.

Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə qalib gəlib. Hazırda Ülviyyə Fətəliyevanın görüşü davam edir. 26 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini 4:0 hesabı ilə üstələyib.

Finlandiya – Azərbaycan - 0:3

Anastasiya Nazarova – Günay Məmmədzadə - 0:1

Yoanna Paasikanqas – Xanım Balacayeva - 0:1

Tanya Tuominen – Gülnar Məmmədova - 0:1

Sarabella Norlamo – Ülviyyə Fətəliyeva

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

1news.az

Paylaş:
635

Son xəbərlər

Brilyant qaşlar aşkar edilib

25 / 07 / 2025, 16:05

Ağdamda yanğınlar davam edir

25 / 07 / 2025, 15:43
Bütün xəbərlər