Bu il Azərbaycanda narkotiklə əlaqəli aşkarlanan faktların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il Azərbaycanda narkotiklə əlaqəli aşkarlanan faktların sayı açıqlanıb

Qafar Ağayev11:23 - 04 / 08 / 2022
Bu il Azərbaycanda narkotiklə əlaqəli aşkarlanan faktların sayı açıqlanıb

Bu ilin əvvəlindən indiyədək qədər daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 5610 fakt aşkar olunub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 1611 fakt satışdır: "Bu dövrdə 2 ton 340 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb".

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər