3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI

13:14 - 06 / 08 / 2022
3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI

6 avqust 2022-ci il saat 08:00-dan 8 avqust 2022-ci il saat 20:00-dək Zivər bəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasqulu ağa Bakıxanov küçsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.

Qeyd olunub ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 7 sayda müntəzəm marşrutun (2, 14, 33, 52, 65, 79 və 96 nömrəli) hərəkət sxemi alternativ küçələrlə (Füzuli, Abdulla Şaiq küçəsi, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi) təşkil ediləcək.

1news.az

Paylaş:
630

Son xəbərlər

DSX-nin hərbçisi vəfat edib

23 / 07 / 2025, 15:08
Bütün xəbərlər