Ağdam Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə olub

14:40 - 09 / 08 / 2022
Ağdam Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə olub

Ağdam Mərkəzi Rayon Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

1news.az-ın verdiyi xəbərə görə, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində - Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub.

İlkin məlumata görə, şöbədə çalışan 10 nəfər dezinfeksiya tədbirləri zamanı istifadə olunan maddədən zəhərlənib. Onlar hazırda xəstəxanada müalicə olunur.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarının xəstəxanaya gəldikləri, araşdırma apardıqları bildirilir.

1news.az

Paylaş:
321

Son xəbərlər

DSX-nin hərbçisi vəfat edib

23 / 07 / 2025, 15:08
Bütün xəbərlər