Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında fasilələr yaranıb

Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir.
Aeroportdan 1news.az-a verilən məlumata görə, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.
Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.
1news.az
470