“Gizir hazırlığı kursu”na qəbul davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gizir hazırlığı kursu”na qəbul davam edir

17:23 - 12 / 08 / 2022
“Gizir hazırlığı kursu”na qəbul davam edir

Müdafiə Nazirliyinin (MN) hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbul prosesi davam edir.

MN-dən 1news.az-a verilən məlumata görə, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar cari ilin sentyabr ayının 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Qeyd olunub ki, qəbul qaydaları barədə bu linkə keçid edərək ətraflı məlumat əldə etmək olar.

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər