MN Ermənistana məxsus helikopter qalıqlarının viodegörüntülərini yayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

MN Ermənistana məxsus helikopter qalıqlarının viodegörüntülərini yayıb - VİDEO

12:21 - 12 / 08 / 2022
MN Ermənistana məxsus helikopter qalıqlarının viodegörüntülərini yayıb - VİDEO

Müdafiə Nazirliyi Xocavənd dünən Xocavənd rayonunun Tuğ kəndində aşkarlanan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqlarının viodegörüntülərini yayıb.

1news.az həmin viodegörüntüləri təqdim edir.

Qeyd edək ki, dünən Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

1news.az

Paylaş:
308

Son xəbərlər

Bütün xəbərlər