Basqal Resort & Spa – Azərbaycanda yeni bənzərsiz hotel açılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Basqal Resort & Spa – Azərbaycanda yeni bənzərsiz hotel açılır

11:00 - 13 / 08 / 2022
Basqal Resort & Spa – Azərbaycanda yeni bənzərsiz hotel açılır

12 avqust 2022-ci il, Azərbaycan – İsmayıllı rayonunun Basqal qəsəbəsində yeni bənzərsiz və dəbdəbəli “Basqal Resort & Spa” hoteli qapılarını qonaqlar üçün açıq elan edir.

Dağlıq ərazidə yerləşən və səfalı meşələrlə əhatə olunan Basqal Resort & Spa vaxtını gözəl keçirmək istəyən hər kəs üçün mükəmməl istirahət mərkəzidir. Basqal Resort & Spa 179 otaq və lüks nömrələrdən, hər bir ailənin unudulmaz istirahəti üçün 3 ədəd üçotaqlı kottecdən və isidilən açıq hovuzlu 1 kottecdən ibarətdir.

Qonaqlar dünya mətbəxinin və koloritli milli mətbəxin təamlarını təqdim edən müasir və möhtəşəm SƏDƏF restoranının yeməklərindən həzz alıb, dağlara və mənzərəli guşələrə açılan MÜCRÜ LOBBY LOUNGE-da zərif və ənənəvi Azərbaycan çayından içərək dincələ bilərlər, həmçinin VITAMIN BAR-da sərin hovuz ətrafında əylənərək və qəlyanaltılardan dadaraq gününü keçirəcək, meşələrlə əhatələnmiş PALID CAFE-nin xoş mühitli söhbətgahlarında ailə və dostlarla gözəl anlar yaşaya və ya RAST-ın bənzərsiz atmosferində heyrətamiz mənzərələrdən və qeyri-adi mətbəxdən zövq alacaqlar. KIDS CLUB hər yaşda əyləncə axtaran uşaqlar üçün qapalı məkanda və açıq havada oyun meydançaları olan ideal yerdir. Burada peşəkar animasiya komandamız günboyu uşaqlarınızın asudə vaxtının səmərəli və əyləncəli keçirilməsini təmin edəcək. LIMON CAFE balaca qonaqlarımızın dadması üçün müxtəlif ləzzətli təamlar təklif olunacaq. Ecaz zalı bol çeşidli açıq bufetdə şirniyyatlar, delikateslər, yerli və dünya mətbəxinin isti yeməklərini təklif edən əvəzsiz restoran, həmçinin toy, təntənəli günlərinizi keçirmək üçün 500-ə qədər qonağınızı rahatlıqla qəbul edə biləcək möhtəşəm məkandır.

HAZE Club & Karaoke Lounge-da peşəkar barmenlərin hazırladığı məşhur kokteyllərdən və ləzzətli qəlyanaltılardan dadaraq gününüzü tamamlaya bilərsiniz.

İstirahətinizə rahatlıq qatmaq istəyirsinizsə gününüzü NIYAL SPA-da keçirin. Niyal Spa geniş sahədə yerləşən 4 prosedur otağı, cütlüklər üçün massaj otağı, 2 türk hamamı, 2 fin saunası, 2 buxar otağı, istirahət zonası, cakuzi və yay terrası ilə qapalı üzmə hovuzu təklif edir.

Biznes konfrans, seminar və tədbir keçirmək üçün Basqal Resort & Spa-nın təklif etdiyi 120 nəfərlik Hələbi və Heyrəti konfrans zalları ixtiyarınıza verilir. Həmçinin açıq havada tədbirlərin keçirilməsi üçün geniş imkanlar mövcuddur.

Hotelimizə gələn qonaqlar İsmayıllı rayonunun ərazisində çoxsaylı gəzinti, yürüş və velosiped cığırlarından yararlana bilərlər.

Basqal Resort & Spa təbiətin qoynunda istirahət və əyləncə dolu yeni istiqamətdir. Bizimlə istirahətinizi keçirməklə Siz təbiətdən və hoteli əhatə edən füsunkar ab-havadan əldə etdiyiniz enerji ilə uzun müddət yararlanacaqsınız.

İstirahətinizi unudulmaz və rəngarəng etmək üçün Basqal Resort & Spa komandası müştəri məmnuniyyətini üstün tutaraq Sizə yüksək keyfiyyətli xidmət təklif edir.

Basqal Resort & Spa-nı kəşf etmək üçün www.basqalresort.az saytına daxil olun. Eyni zamanda, sosial media kanallarımıza abunə olun və paylaşımlarınızda bizi #BasqalResortSpa kimi qeyd etməyi unutmayın.

Instagram: @BasqalResortSpa
Facebook: Basqal Resort & Spa
LinkedIn: Basqal Resort & Spa

Reklam hüququnda

Paylaş:
1917

Son xəbərlər

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30
Bütün xəbərlər