Ağalı sakinlərinin məşğulluğunun təminatı üçün dəstək tədbirlərinə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağalı sakinlərinin məşğulluğunun təminatı üçün dəstək tədbirlərinə başlanılıb

12:32 - 13 / 08 / 2022
Ağalı sakinlərinin məşğulluğunun təminatı üçün dəstək tədbirlərinə başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən kəndə köçürülən sakinlərin özünüməşğulluğunun təşkili və işlə təminatını həyata keçirmək məqsədilə nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb olunub. Onlar üçün artıq biznes təlimləri təşkil edilib. Təlimlərdə iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Həmin şəxslər özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunmasına başlanılıb. İlkin mərhələdə Ağalı kəndində 3 vətəndaş aktivlərlə təmin edilib. Yaxın aylarda isə digər vətəndaşlar da proqram çərçivəsində aktivlərlə təmin ediləcək.

Həmçinin, kənd sakinlərinin peşə biliklərinin artırılması və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə orada peşə hazırlığı kursları təşkil olunur, “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə fəaliyyət də həyata keçirilir. İlkin olaraq kənd ərazisində “Gill MED” MMC ilə birlikdə dərzilik kursuna start verilib. Hazırda həmin kursa 6 nəfər kənd sakini cəlb edilib.

Bundan əlavə, kənd sakinlərinin işlə təminatı məqsədilə Ağalı kəndində fəaliyyət göstərən dövlət müəssisələri və özəl şirkətlərin vakansiya tələbləri öyrənilib. Bu tələblərə uyğun namizədlərin işlə təmin olunması istiqamətində də müvafiq addımlar atılır, işəgötürənlərlə vətəndaşların görüşləri keçirilir.

Bu günə qədər kənd sakinlərindən 24 nəfəri münasib işlərlə təmin olunub, məşğulluq tədbirlərinə cəlb edilə bilən daha 35 sakin isə müsahibə mərhələsindən uğurla keçib və yekun sənədləşmə mərhələsindədir.

Paylaş:
216

Son xəbərlər

İlham Əliyev: Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdırBu gün, 15:48Səhiyyə Nazirliyi qızılca ilə bağlı valideynlərə çağırış edibBu gün, 15:38Qızılcaya ikinci dəfə yoluxma olur? - İnfeksionistdən CAVABBu gün, 15:21Azərbaycan FAO ilə ərzaq təhlükəsizliyinin təmin edilməsini müzakirə edibBu gün, 14:56Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilibBu gün, 14:48AZAL Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar yaradacaqBu gün, 14:43Düyünlü Zobu Əməliyyat Etmək Olar? Hansı Riskləri Var?Bu gün, 14:34Prezident: Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır,bu, bizim legitim hüququmuzdurBu gün, 13:55Azərbaycan müdafiə naziri İran HDQ komandanını qəbul edibBu gün, 13:35İlham Əliyev: “Avropa Parlamentində bəziləri özünü manyak kimi aparır”Bu gün, 13:17Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti” UNESCO-nun siyahısına daxil edilibBu gün, 13:06Yevlaxın sabiq icra başçısı Qoca Səmədov vəfat edibBu gün, 13:02Qərbi Azərbaycan İcması Tomas de Vaalın fikirlərinə münasibət bildiribBu gün, 13:00Qar, yağış yağacaq - ProqnozBu gün, 12:50Azərbaycan Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə məlumatlandırıbBu gün, 12:48Sığınacaqda 40-a yaxın uşaq qızılcaya yoluxubBu gün, 12:26Deputatdan təklif: Qərbi Azərbaycanlıların deportasiyası günü təqvimə salınsınBu gün, 12:07Azərbaycan Prezidenti: “Ola bilər ki, cənab Borel yuxular görür”Bu gün, 11:49Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilibBu gün, 11:38Füzuli küçəsinin hərəkəti buraxma qabiliyyəti 30%-ə qədər artacaq - VİDEOBu gün, 11:35
Bütün xəbərlər

Next TV