Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər

Qafar Ağayev11:28 - 18 / 08 / 2022
Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər

Qazaxıstan Respublikasında keçirilən "Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində gecə atışları icra olunub.

1news.az xəbər verir ki, maneələr zolağını və minalanmış ərazini keçən artilleriyaçılarımızın ikinci heyəti işıqlandırılan hədəfləri minaatan, qumbaraatan və avtomatlardan atəş açmaqla məhv edib.

Bütün tapşırıqların öhdəsindən bacarıqla gələn hərbi qulluqçularımız hakimlərin qərarına əsasən mərhələni üçüncü yerdə başa vurublar.

Qeyd edək ki, beynəlxalq müsabiqədə Azərbaycan ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuella və Zimbabve komandaları iştirak edir.

Paylaş:
268

Son xəbərlər

Bütün xəbərlər