Yeddi ayda dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxilolmalar açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeddi ayda dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxilolmalar açıqlanıb

Qafar Ağayev13:38 - 19 / 08 / 2022
Yeddi ayda dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxilolmalar açıqlanıb

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi ilə bağlı cari ilin yanvar-iyul ayları ərzində 40 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətin səhm paketi, 10 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 327 nəqliyyat vasitəsi özəlləşdirilib.

Xidmətdən 1news.az-a bildirilib ki, bu ilin yeddi ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 223 sifariş elektron qaydada qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 62 onlayn qoşulma reallaşıb. Bu dövrdə hərrac vasitəsilə 16 faydalı qazıntı yatağı istismara verilib.

Yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 32,4 milyon manat təşkil edib.

Yeddi ayda ümumilikdə 2252 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 498-i qeyri-yaşayış sahəsi, 1754-ü isə torpaq sahələrinə aid olub. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən yeddi ayda dövlət büdcəsinə ümumilikdə 13,9 milyon manata yaxın vəsaitin ödənilməsi təmin edilib.

Beləliklə, bu ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 46,3 milyon manata yaxın vəsait daxil olub.

Paylaş:
230

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər