FHN əməkdaşları ötən gün dənizdə 10 nəfəri xilas edib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN əməkdaşları ötən gün dənizdə 10 nəfəri xilas edib

Qafar Ağayev11:20 - 22 / 08 / 2022
FHN əməkdaşları ötən gün dənizdə 10 nəfəri xilas edib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a verilən məlumata görə,Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 95 yanğına çıxış və 15 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 13 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 10 nəfər xilas edilib, 3 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
285

Son xəbərlər

Bütün xəbərlər