“Azərxalça” ASC 2021-ci il üzrə maliyyə hesabatı ilə bağlı məlumat yaydı | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərxalça” ASC 2021-ci il üzrə maliyyə hesabatı ilə bağlı məlumat yaydı

Qafar Ağayev15:52 - 25 / 08 / 2022
“Azərxalça” ASC 2021-ci il üzrə maliyyə hesabatı ilə bağlı məlumat yaydı

“Azərxalça” ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

Qurumdan 1news.az-a verilən məlumata görə, 2021-ci ildə hesabatda da qeyd olunduğu kimi, maliyyə-strateji və cari qərarların hərtərəfli əsaslandırılması, biznes planlaşdırması zamanı risklərin azaldılması, etibarlı tərəfdaşların seçilməsi və işgüzar mühitin yaradılması nəticəsində Cəmiyyətin fəaliyyətində dayanıqlı inkişaf nəzərə çarpıb.

Cəmiyyətin 2021-ci ildə satış həcmi 1 606 810 manat təşkil edərək, yüksək artım göstərmişdir. 2020-ci il üzrə satış həcmi 5 153 524 manat olmuş, lakin bunun 5 084 745 manat hissəsini COVID-19 pandemiyası dövründə dövlət dəstəyi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə satılmış xalçalar təşkil etmişdir ki, faktiki olaraq, Cəmiyyət öz imkanları hesabına 2020-ci il ərzində cəmi 68789 manat dəyərində xalça satmışdır.

Öz imkanları hesabına “Azərxalça” ASC 2020-ci ildə cəmi 68789 manat dəyərində xalça satdığı halda, 2021-ci ildə bu rəqəm 1 606 810 manat təşkil etmişdir.

Hesabatda eyni zamanda qeyd olunur ki, Cəmiyyətin 2021-ci ildə cari dayanıqlı inkişafına və maliyyə sabitliyinə aşağıda qeyd olunan pozitiv amillər təsir göstərmişdir:

• korporativ idarəetmə sisteminin tətbiq edilməsi;

• maliyyə-təsərrüfat əməliyyatlarının, maliyyə resurslarının istifadəsinin səmərəliliyinin artması;

• geniş tələbata malik yeni müasir dizaynlı yun və ipək xalçaların istehsal edilməsinə və satışına başlanması;

• xarici ölkələrə (Almaniya, Bəhreyn, BƏƏ, İsrail, Rusiya və sair) xalçaların satışının həyata keçirilməsi;

• Cəmiyyətin inkişafına dair yol xəritəsinin hazırlanması və mərhələlərlə həyata keçirilməsi.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər