“Azərbaycan “OPEC+”un fəaliyyətini hər zaman dəstəkləyir” - Nazir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərbaycan “OPEC+”un fəaliyyətini hər zaman dəstəkləyir” - Nazir

Qafar Ağayev11:31 - 25 / 08 / 2022
“Azərbaycan “OPEC+”un fəaliyyətini hər zaman dəstəkləyir” - Nazir

Azərbaycan dünya neft bazarının sabitləşdirilməsində səmərəli və təsirli tənzimləmə mexanizminə malik “OPEC+”un (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) fəaliyyətini hər zaman dəstəkləyir.

1news.az xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.

Qeyd olunur ki, neftin fyuçers qiymətlərinin tələb-təklif balansına əsaslanmadan formalaşması tendensiyası yüksək volatillik və neft bazarında likvidliyin azalması, qeyri-sabitliklə nəticələnir. Bu, geosiyasi faktorlarla dərinləşən qlobal enerji böhranı dövründə neft bazarının iştirakçıları üçün arzuolunmaz vəziyyətdir.

“Səudiyyəli həmkarım, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun bu xüsusda narahatlığını bölüşür, yüksək volatillikdən əziyyət çəkən neft bazarı üçün nəticələri minimuma endirmək məqsədilə “OPEC+” çərçivəsində gələcək təşəbbüslərlə bağlı həmrəyliyimi bildirirəm”, - paylaşımda bildirilib.

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər